İrandan heroin gətirib Bakıda satmaq istəyən qohumlar tutuldu

İrandan heroin gətirib paytaxtda realizə etmək istəyən qohumlar saxlanılıb.
Rubrika.az Daxili İşlər Nazirliyi Mətbuat xidmətinə istinadən bildirir ki, Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu-Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.
M.Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr F.Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra o, M.Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan material araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Rubrika.Az
Facebook-da paylaş













