Həmsədrlər Qarabağa gəlirlər

ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər.
Rubrika.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu gün keçirdiyi brifinqdə bəyan edib.
Qeyd edib ki, həmsədrlər regiona səfərləri çərçivəsində həmçinin, Azərbaycana və Dağlıq Qarabağa da gedəcəklər.
Rubrika.Az
Facebook-da paylaş














