Qaşıqçının oğlu kralın sarayına zorla götürülüb -İddia

Səudiyyəli jurnalist Camal Qaşıqçının vəhşicəsinə qətlə yetirilməsi ölkəsinin beynəlxalq aləmdəki nüfuzunu yerlə bir edib.
Bu səbəbdən yerli hakimiyyət dünyada məhv olan imicini az da olsa bərpa emtək üçün müxtəlif yollara əl atır.
Belə ki, dünən Səudiyyə Ərəbistanının kralı Salman Camal Qaşıqçının oğlu Salahı sarayda qəbul edib.
Gənc Qaşıqçının sifətindəki nigarançılıq və qorxu görüşü izləyən jurnalistlərin diqqətindən yaıynmayıb.
Kralın mühafizə idarəsinin rəisinin şübhəli hərəkətləri isə müxtəlif şərh və iddialara yol açıb.
Xarici agentliklərin verdiyi məlumata əsasən qəbulda kral Salmanla birlikdə oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salman, həmçinin saray mühafizəçilərinin rəisi polkovnik Məşəl Saad əl-Bostani də qatılıb.
Türkiyənin “Takvim” qəzetində yer alan xəbərə görə, görüşmə boyunca polkovnik əl-Bostani əlini silahından ayırmayıb.
Bundan əlavə, ABŞ-da iqtisadiyyat təhsili görən Salah Qaşıqçının paltarının nimdaş və qırış olması onun saraya zorla götürüldüyü iddialarına yol verib.
Rubrika.Az
Facebook-da paylaş














