Zakir Həsənov BMT baş katibinin köməkçisi ilə görüşdə - FOTO
![]()
Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Rubrika.Az xeber verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.![]()
Rubrika.Az
Facebook-da paylaş














