Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
![]()
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 748,7 mln. manat təşkil edib.
Rubrika.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır.
İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5% artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb.
Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2% təşkil edib. Bu nisbət avqustun sonuna 14,4%, ötən ilin sonuna 13,8%, ötən il sentyabrın sonuna isə 14,9% təşkil edib.
Rubrika.Az
Facebook-da paylaş














