Rusiya şirkəti Ermənistandakı qızıl mədənini satır
![]()
Bunu “Kommersant” qəzeti yazıb
Nəşrin məlumatına görə, Rusiyanın Qafandakı dağ-mədən şirkəti olan “Polymetal” müəssisəsi qızıl hasilatı yatağını satmaq üçün “En+” şirkətinin keçmiş sahibi Artyom Volıntsovun başçılıq etdiyi “Chaarat Gold” şirkəti ilə danışıqlar aparır.
“Cari il oktyabrın 26-da tərəflər “Bloomberg”in sorğusuna cavab olaraq, danışıqların aparıldığını təsdiqləyiblər. Hələ bu ilin avqustunda “Chaarat” MDB-də məkanında polimetal mədənini 75 milyon dollara almağı planlaşdırdığını açıqlamışdı. İndi bu məlumat təsdiqlənib. Həmin mədən Qafanda yerləşirmiş”, – deyə qəzet vurğulayıb.
“Polymetal” bu yatağı 2016-cı ildə alıb. Bu yataqda 861 milyon dollar dəyərində, yaxud 0,7 mln unsiyaya ekvivalentində, yaxud 21,7 t (bir unsiya 33 qram) qızıl var. Ehtiyatın isə 1,9 mln unsiya olduğu ehtimal edilir.
Rubrika.Az
Facebook-da paylaş













