“Expressbank”da geniş struktur dəyişiklikləri və yeni təyinatlar
![]()
Günü-gündən genişlənib artan “Expressbank” ASC, həm pərakəndə, həm korporativ müştərilərə xidmət keyfiyyətini artırmaq məqsədilə, struktur dəyişiklikləri həyata keçirdi.
Beləcə, bankda yeni Biznes bankçılıq və Pərakəndə bankçılıq departamentləri yaradıldı və bu departamentlər, özlərinə aid satış və xidmət sahələrini tərkiblərində cəmləşdirdilər.
Rubrika.Az Oxu.Az-a istinaden xeber verir ki, bununla bağlı olan təşkilati dəyişikliklər aşağıdakılardır:
Mehman Məmmədov İdarə Heyətinin sədr müavini təyin olundu. Yaşar Kərimov Pərakəndə bankçılıq departamentinin direktoru, Fərid Salahov isə onun müavini təyin edildi.
Bankda həmçinin ödəniş sistemləri və hesablaşmalar mərkəzi yaradıldı və mərkəzin rəhbəri vəzifəsinə Teymur Ağakişiyev təyin olundu.
Mərkəz, içində iki departamenti birləşdirəcək: Ödəniş sistemlərinin idarə edilməsi departamenti (Azər Rəsulov - departament rəhbəri) və Hesablaşmalar departamenti (Pərvanə Şahmarova - departament rəhbəri).
Biznes bankçılıq departamentinin direktoru vəzifəsinə Nicat Həmidov təyin olunub. Lalə Talıbova Biznes İnkişafı departamentinə departament direktoru müavini təyin olunub.
Dəyişikliklər nəticəsində, Kredit departamenti, Qeyri-kredit bank xidmətləri və məhsulları şöbəsi fəaliyyətini dayandırıb, və bu sahələr üzrə iş yeni struktur bölmələrinə tapşırılıb.
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi (Ləman Şeyxəliyevanın rəhbərliyi ilə), Maliyyə əməliyyatları monitorinqi şöbəsi (Anar Əbiyevin rəhbərliyi ilə), Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması və uçotu şöbəsi (Gülnarə İslamovanın rəhbərliyi ilə) yaradılıb.
Rubrika.Az
Facebook-da paylaş












