BMT-dən ABŞ-a çağırış: Kubaya qarşı embarqoya son qoyun

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ABŞ-ı Kubaya qarşı tətbiq etdiyi embarqoya son qoymağa çağırıb. Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, bu, qurumun qəbul etdiyi sayca 27-ci qətnamədir.
Sənəd 189 dövlətin səsi ilə qəbul edilib. Qətnaməyə ABŞ-ın təqdim etdiyi düzəlişlər qəbul olunmayıb.
Qeyd edək ki, ABŞ 50 ildir Kubaya qarşı embarqo tətbiq edir.
Rubrika.Az
Facebook-da paylaş














