Bakıda şirkətdə fəhlə faciəli şəkildə ölüb
![]()
Bakıda fəhlə faciəli şəkildə ölüb.
Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb.
"Bakıinşaatsənaye" ASC-də fəhlə işləyən Şamaxı rayon sakini, 1998-ci il təvəllüdlü Qəhrəman Sabir oğlu Mahmudlu yayma dəzgahının birləşdirici muftaları arasında qalaraq dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb.
Rubrika.Az
Facebook-da paylaş











