Şəkidə 39 yaşlı kişi intihar edib

Şəki şəhərində 39 yaşlı kişi intihar edib.
Rubrika.Az “Report”un Şəki-Zaqatala bürosu-na istinaden məlumatına görə, hadisə bu gün şəhərin Əfəndiyev küçəsi, ev 11 ünvanında baş verib.
Belə ki, həmin ünvanda yaşayan, 1979-cu il təvəllüdlü Sadiq Tofiq oğlu Məmmədkərimov özünü asaraq öldürüb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










