Sarkisyanın adamları seçkidə iştirakdan imtina etdi
![]()
Ermənistanda Respublika Partiyasının deputatları seçkidə iştirakdan imtina edib.
Rubrika.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Partiyasının deputatı Araik Qiqoryan deyib.
Parlament seçkisində namizədliyini irəli sürməyəcəyini deyən Qriqoryan bildirib ki, digər deputatların əksəriyyəti də növbəti seçkidə namizədliklərini verməyəcək.
"Buna səbəb cəmiyyətdə bizim partiyamıza qarşı formalaşan neqativ əhval-ruhiyyədir", - deyə o bildirib.
Rubrika.Az
Facebook-da paylaş













