Şahin Məmmədovun "pambıqçıları"... - Başçının "pambıq yalanları"...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun prezident İlham Əliyevin sözügedən rayona səfəri zamanı təqdim etdiyi "pambıqçıları" barədə redaksiyamız amaraqlı informasiya daxil olub.
Rubrika.Az Dia.az-a istinadla bildirir ki, sayta yazan Ağcabədi sakinləri bildirirlərki, prezidentin qarşısında "pambıqçı" kimi təqdim olunanlar rayon xəstəxanalarının tibb bacıları və baytar həkimləri olub.
Sakinlər yazır: "Şahin Məmmədov prezidentə onları pambıqçı kimi təqdim edir. Amma rayonda hər kəs hamını yaxşı tanıyır. Belə yalana nə ehtiyac var?"
Qeyd edək ki, sakinlər Şahin Məmmədovun digər "pambıq yalanları" ilə bağlı da məlumat veriblər. Bu barədə az sonra... Bizi iləməkdə davam edin...
Rubrika.Az
Facebook-da paylaş














