Vahid Ələkbərov neftin optimal qiymətini açıqladı
![]()
Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, neftin qiymətinin bir barelə görə 70 dollar olması həm alıcıları, həm də istehsalçıları qane edir.
Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, onun sözlərini TASS nəşri sitat gətirir.
Şirkət rəhbəri bildirib ki, hazırda neft hasilatının azaldılmasına ehtiyac yoxdur:
““Lukoyl” 2019-cu ildə neft hasilatını azaltmaq niyyətində deyil, əksinə, xarici layihələr üzrə hasilatı artırmaq istəyirik”, - deyə o bildirib.
V.Ələkbərov əlavə edib ki, şirkət bu gün yeni layihələri Abu-Dabi və Qərbi Afrikada axtarır.
Rubrika.Az
Facebook-da paylaş








