Yarım milyona yaxın dələduzluq edən şəxs həbs edildi
![]()
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sonra məhkəmə B. Babayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirini həbs-qətimkan tədbiri ilə dəyişib.
O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, B. Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Rubrika.Az
Facebook-da paylaş

















