Gürcüstanda prezident seçkilərinin II turu üzrə xarici ölkələrdə səsvermə müddəti uzadılıb

Gürcüstanda noyabrın 28-də keçiriləcək prezident seçkilərinin II turu üzrə xarici ölkələrdə səsvermə prosesinin müddəti uzadılıb.
Rubrika.Az “Report”un Gürcüstan bürosu-na istinaden xəbər verir ki, bu barədə qərar ölkənin Mərkəzi Seçki Komissiyasının iclasında qəbul olunub.
Qərara əsasən, xarici ölkələrdə yaradılacaq seçki məntəqələri saat 20:00-dək deyil, 00:00-a qədər fəaliyyət göstərəcək. Səsvermə müddətinin 4 saat uzadılmasına səbəb seçkilərin II turunun iş gününə təyin olunmasıdır.
Əfqanıstanda hərbi xidmətdə olan Gürcüstan hərbçiləri isə noyabrın 26-da səsvermədə iştirak edəcəklər.
İkinci turla əlaqədar xarici ölkələrdə 57 seçki məntəqəsi yaradılacaq.
Qonşu ölkədə prezident seçkilərinin I turu oktyabrın 28-də baş tutub. Seçkilərin II turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.
Rubrika.Az
Facebook-da paylaş















