Putin bu gün Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin “Türk axını” layihəsinin başa çatması ilə bağlı təşkil ediləcək mərasimdə iştirak etmək üçün bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Rubrika.Az Open.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mərasimdə iştirak edəcək.
Həmçinin iki prezidentin təkbətək görüşü olacaq. Onlar Rusiya-Türkiyə münasibətlərinin sonrakı inkişafı məsələlərini, aktual regional və beynəlxalq problemləri müzakirə edəcəklər.
Rubrika.Az
Facebook-da paylaş













