Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Rubrika.Az Trend-e istinaden xeber verir ki, Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi, ev 3a, mənzil 48-də baş verib.
Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Süleymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.
Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














