Məşhur rusiyalı jurnalistin Paşinyanın homoseksuallara bağlı münasibətinə dair sözləri qalmaqal yaratdı

Ermənistan səfirliyi Sergey Dorenkoya sərt cavab verib
Tanınmış Rusiya jurnalisti Sergey Dorenko Ermənistanda keçirilən LGBT (homoseksualların) forumu ilə bağlı çıxış edib.
Rubrika.az Musavat.com-a istinadla xəbər verir ki, “Qovorit Moskva” radiostansiyana danışan Dorenko Ermənistanın baş naziri Nikol Paşinyanın mövzu il bağlı konkret heç nə demədiyinə, yalnız Parisdə 2 erməni LGBT nümayəndəsi ilə görüş barədə danışmasına diqqət çəkib.
Xatırladaq ki, Paşinyan Parisdə olarkən kafelərin birində ona qulluq edən bir ofisiant qəfildən onunla erməni dilində danışmağa başlayıb. Ermənistan baş naziri ondan nə üçün vətəninə geri dönmədiyini soruşub. Həmin erməni isə gey olduğunu, ona görə gələ bilməyəcəyini söyləyib.
Bununla bağlı parlamentdə çıxış edən Nikol Paşinyan LGBT mövzusunun Ermənistan üçün problem olub-olmadığını araşdırılmasının vacib olduğunu söyləyib. O, bu məsələnin hökumətin problemi olduğunu qeyd etməklə bərabər LGBT-nin artıq fakta çevrildiyini bildirib.
Sergey Dorenkonun fikrincə, Ermənistan baş naziri iki homoseksualdan danışmaqla öz imicinə ziyan vurmuş olub. “Sağlam cəmiyyətlərin əksəriyyəti ənənəvi institutlarla strukturlaşmağa çalışırlar. Ermənilər özləri də mühafizəkar xalq sayılır. Bu səbəbdən Paşinyanın bəyanları həmin liderin öz siyasi simasına vurduğu zərbədir”,-deyə Dorenko qeyd edib.
Dorenkonun fikrincə, Ermənistan baş naziri bu məsələdə konkret mövqe tutmalı, ya homoseksual aktivitsləri dəstəkləməli, ya da ənənəvi dəyərlərdən çıxış etməlidir.
Ermənistan səfirliyi isə Sergey Dorenkonun müsahibəsinə sərt reaksiya verib. Sanki Dorenko onların baş nazirlərinin özünü homoseksual olmaqda ittiham edrimiş.
“Son zamanlarda bizlər Rusiya media məkanında Ermənistan ətrafındakı hadisələrlə bağlı təxribat xarakterli, məntiqdən uzaq çıxışlarla rastlaşırıq. Doğrudur, diplomatik nümayəndəliklər yalnız sayıqlama və dəlilikdən ibarət olan bu cür açıqlamalara bəlkə də reaksiya verməli deyil. Lakin tərbiyə çərçivəsindən kənara çıxan və təhqirdən başqa bir şey olmayan bu cür jurnalist və ekspert rəylərinə də reaksiya verməmək olmur. Onlar bütöv dövləti və xalqı təhqir edirlər. Bunlardan biri də özünü müəllif verişində Ermənistandakı LGTBT problemləri barədə danışan və ölkə rəhbərlərinin ünvanına həqarət dolu sözlər sərf edən Sergey Dorenkodur”,- səfirliyn bəyanatında deyilir.
Ermənistan diplomatik nümayəndəliyi ən sonda jurnalisti birbaşa təhdid edib:
“Cənab Dorenko dezinformasiya yaymaq praktikasından əl çəkməlidir. Həqiqəti təhrif etməyin, faktlarda manipulyasiyaya yol verməyin! Dediyniz hər sözə görə məsuliyyət daşıyacaqsınız. Bu məsuliyyəti isə özünüzün reputasiyanız hesabına daşıyacaqsanız””.
Rubrika.az
Facebook-da paylaş









