Paşinyanı homoseksuallar dəstəkləyir - Fəallar həyəcan təbili çalır - FOTO
![]()
Ermənistanda fəallar homoseksualizmin təbliğatının qadağan olunması ilə bağlı qanunun qəbulunu tələb edirlər.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, hər şey LGQBT üzvlərinin Yerevanda açıq bəyanatla çıxışından sonra başlayıb.
Fəallar hesab edir ki, N.Paşinyanın qeyri-müəyyən ifadələri homoseksuallara cəsarət verir.
Bu gün bir qrup fəal Yerevanda hökumət binası qarşısında yetkinlik yaşına çatmayanlar arasında homoseksuallığın təbliğinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin qəbulu üçün etiraz aksiyası keçirib.
Fəal Arman Qukasyanın fikrincə, N.Paşinyanın LGBT ilə bağlı qeyri-müəyyən bəyanatları birliyin nümayəndələri üçün münbit zəmin yaradır, onlara ictimai aksiyalar keçirməyə və öpüşən homoseksualların videosunu çəkməyə imkan verir.
“Bu fenomenin aradan qaldırılmasını tələb etmirik. Əsas tələbimiz təbliğatın qadağan edilməsidir. Həmçinin xahiş edirik ki, hüquq-mühafizə orqanları qrant vəsaitləri üçün təbliğatla məşğul olanları yoxlasınlar”, - o deyib. ![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş













