Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi öldü

Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) rəisi general polkovnik İqor Korobkov vəfat edib.
Rubrika.Az BakuPost-a istinaden xəbər verir ki, o, 62 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.
Kəşfiyyatçı İqor Korobkov 1956-cı ilin 3 yanvar tarixində doğulub. 1985-ci ildən hərbi kəşfiyyata daxil olub. İdarədə bir sıra vəzifələr tutub. 2016-cı ilin yanvarında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə ölkənin Baş Kəşfiyyat İdarəsinə rəis təyin edilib.
Rubrika.Az
Facebook-da paylaş














