Putin Həbib Nurməhəmmədova: İstənilən vaxt zəng edə bilərsən
![]()
Rusiya prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib.
O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib.
“Vladimir Vladimiroviç döyüşü izləyirdi. O bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, - deyə Z. Qurbanov bildirib.
Rubrika.Az
Facebook-da paylaş














