Paşinyan Qarabağdakı hərbi hissəyə yoxlama qrupu göndərdi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan keçirdiyi mətbuat konfransında orduda əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu bildirib.
Rubrika.Az Virtualaz.org-a istinaden xatırladır ki, hətta Paşinyan əsgərlikdə olan oğlu Aşot Paşinyanın zəng edərək ona ərzaq məhsullarının göndərilməsini istədiyini etiraf edib.
Yerli KİV xəbər verir ki, bundan sonra N.Paşinyan oğlunun xidməti şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanın işğal altında olan Ağdərə rayonunda qanunsuz dislokasiya olunmuş hərbi hissədə araşdırma aparılması üçün Ermənistan Müdafiə Nazirliyi əməkdaşlarından ibarət qrupa tapşırıq verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə müxtəlif hərbi hissə komandirlərinin rəsmi müraciətlərinin olmasına baxmayaraq məsələyə laqeydliklə yanaşılıb, zəruri tədbirlər görülməyib.
Ekspertləin fikrincə, orduda xidmət edən yüksək rütbəli zabitlərin müraciətlərini diqqətə almayaraq oğlunun telefon zəngi ilə tələm-tələsik hərbi mütəxəssislərdən ibarət qrupu araşdırma aparmaq üçün hərbi hissəyə göndərməsi ondan xəbər verir ki, orduda xidmət edən hərbi qulluqçuların və əsgərlərin hansı şəraitdə, necə xidmət etdiyi Paşinyan üçün maraqlı deyil. Bir sözlə, nə ölkədəki, nə də ordudakı acınacaqlı vəziyyət Paşinyanı maraqlandırmır. Onu maraqlandıran yalnız şəxsi ambisyalarıdır.
Rubrika.Az
Facebook-da paylaş












