Türkiyə Trampı tənqid edib – Qaşıqçının qətlinə biganə münasibətinə görə

Rubrika.Az-ın «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp müxalif jurnalist Camal Qaşıqçının öldürülməsi işi üzrə araşdırmaların gedişinə «göz yummaq» niyyətindədir.
Bundan əvvəl, ABŞ lideri xəbər verib ki, Birləşmiş Ştatlar vəliəhd Mühəmməd ben Salmanın hazırlanan cinayətdən xəbərdar olması şübhələrinə baxmayaraq, Səudiyyə Ərəbistanının «etibarlı həmkarı» olaraq qalmağı planlayır.
«Röyter» agentliyinin xəbər verdiyi kimi, Türkiyə xarici işlər nazirliyinin başçısı qeyd edib ki, Vaşinqton Qaşıqçının öldülülməsi barədə audioyazını gizlədib və bu barədə sonralar mətbuatdan məlum olub.
Bundan bir qədər əvvəl isə Tramp jurnalist Qaşıqçının öldürülməsində «qəddar dünya»nı günahlandırıb.
Rubrika.Az
Facebook-da paylaş











