Qaşıqçının qatili Argenitanda: “G20 sammiti Səudiyyə şahzadəsi üçün əsl sınağa çevriləcək

Son iki ayın ən anti-qəhrəman və neqativ personası, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman (MBS) xarici turneyə çıxıb.
Səudiyyə şahzadəsini doğma ərəbdilli ölkələrdə belə xoş qarşılayan olmayıb.
MBS-nin dünən rəsmi səfər üçün gəldiyi Tunisdə yüzlərlə insan onun ölkəyə gəlişinə etiraz məqsədilə nümayiş keçirib.
Səudiyyə şahzadəsinin gəlişindən br gün qabaq isə Tunis jurnalistlərinin milli ittifaqı ölkə prezidenti Beci Kaidu Əs-Sebsiyə açıq məktub göndərərək şahzadənin səfərinin “inqilaba və onun dəyərlərinə təhqir” olduğunu bildirib.
Tunsidən öncə isə şahzadə Misirə də səfər edib, Burada da ictimaiyyət onu qəzəblə qarşılayıb. Qahirədə 100-dən çox jurnalist ölkə prezidentinə ünvanlanan açıq məktubu yayıblar. Burada Səudiyyə rejiminin insan dəyəlrəinə, həm öz vətəndaşları, həm də digər ölkələrin vətəndaşlarının yaşamaq hüququna hörmət etmədiyi qeyd olunub.
Lakin şahzadə Məhəmməd bin Salman üçün əsl sınaq onun, G20 ölkələrini zirvəsinə qatılmaq üçün Argentinaya edəcəyi səfər zamanı ortaya çıxacaq.
Çünki əvvəllər islahatçı və mədəni şəxs təəssüratı oyadan şahzadə indi hər kəsin gözündə qəddar qatilə çevrilib.
“Associated Press” agentlyinin göstərdiyi kim məhz bu səfər dünyanın Səudiyyə şahzadəsinə münasibətini aşkar edəcək.
Böyük Britaniya Krallığı Birləşmiş müdafiə araşdırmaları institutunun və “Atlantic Council” təşkilatının analitiki Eyc Heylerinə sözlərinə görə, səyahət zamanı vəliəhdin yaxın zamanda Qərb ölkəlrinə səfər etmək, perspektivinə, habelə onunla əl sıxışmaq istəyənlərin hələ qalıb-qalmadığına aydınlıq gələcək.
Ekspertin bildirdiyinə görə, çətin ki, indiki şəraitdə şahzadə ilə bu ilin yaz ayında ABŞ-da görüşdüyü adamlar indi onunla üz-üzə gəlmək istəsin.
Həmin vaxtda MBS-ni Nyu-Yorkun keçmiş meri Maykl Blumberq, mediamaqnat Rupert Merdok, Disney korporasiyasının rəhbəri Bob Ayger, “Google”un həmtəsisçisi Sergey Brin, “Apple”in baş direktoru Tim Kuk, ABŞ-ın keçmiş prezidentİ Corc Buş kim önəmli şəxslər qarşılamışdı.
Vaşinqtonda yerləşən “Gulf Analytic” mərkəzinin aparıcı eksperti Teodor Karasikin bildirdiyinə görə, əsas məsələ MBS-nin necə qəbul olunacağından başqa həmin qəbulun optikası ilə bağlıdır.
Şübhəsiz ki, bin Salmanı orada qarşılamağa şad olan bir nəfər var. Bu da ABŞ prezidenti Donald Trampdan başqası deyil. Tramp bu günlərdə yenə də dövlətin kəşfiyyat strukturlarının rəylərini heçə sayaraq şahzadənin Qaşıqçı cinayətində əlinin olduğuna dair şübhələrini dilə gətirib.
Beynəlxalq təşkilatlar isə Qaşıqçınıın qatili hesab etdikləri bu adamın gülərüzlə Argentinaya gəlişini sakitliklə izləmək niyyətində deyil.
Beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatı “Human Rights Watch” bu günlərdə Argentina prokurorluğuna müraciət edərək şahzadəyə qarşı insan hüquqlarının kütləvi şəkildə pozulması, habelə Yəməndə törətdiyi cinayətlərə görə cinayət işinin qaldırılmasını tələb edib.
Bu həftə isə İspaniyada MBS ilə bağlı yeni qalmaqal ortaya çıxıb. Belə ki İspaniya kralının atası Xuan Karlos Burbonun Abu Dabidə keçirilən Formula 1 yarışlarında Məhəməd bin Salmanla birgə fotoqrafı Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. “El Mundo” artıq onu “rəzalət fotosu” adlandırıb. İspaniya XİN isə açıqlama verməyə məcbur qalaraq Xuan Karlosun şahzadə ilə təsadüfən görüşdüyünü bildirib.
Rubrika.Az
Facebook-da paylaş








