Avtomobildən narkotik aşkarlandı – Nardaranda
![]()
Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Miryasər Qasımov həbs edilib.
Onun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən 275 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Rubrika.az
Facebook-da paylaş














