Türkiyədən vətəndaşlarına Fransa xəbərdarlığı

Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi nəzərdə tutan və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.
Rubrika.az-ın Teleqraf.com-a istinadla məlumatına görə, xəbərdarlıqda Paris olmaqla digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarından uzaq olmaq, şəhərdaxili və şəhərlərarası yollarda ehtiyatlı olmaları tövsiyə edilib.
atırladaq ki, noyabrın 17-dən Fransada benzinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. “Sarı jiletlilər” adı altında keçirilən mitinqlərdə bugünə qədər2 nəfər ölüb, 150-si polis olmaqla 850-dən çox insan xəsarət alıb.
Rubrika.az
Facebook-da paylaş













