Bakıda 31 yaşlı qadın evdən getdi: - əri onu axtarır

Bakıda 31 yaşlı qadın itkin düşüb.
Rubrika.Az Open.az-a istinadla xəbər verir ki, Bakı şəhər sakini Həsən Həsənov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan arvadı, 1987-ci il təvəllüdlü Gülnar Həsənovanın dekabrın 6-da səhər saat 07 radələrində işə getmək adı ilə evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlanıb.
Rubrika.Az
Facebook-da paylaş











