Şabranda 41 yaşlı kişi intihara cəhd edib

Şabran rayonunda intihara cəhd olub.
Rubrika.Az "Report"un Şimal bürosu-na istinaden verdiyi məlumata görə, hadisə "Beş sotlar" adlanan ərazidə qeydə alınıb.
Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü N.Q. özünü yaşadığı evdə asaraq intihar etmək istəyib. Bu zaman onu asılı vəziyyətdə görən ana oğlunu xilas edib.
N.Q. xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












