Çinlilər ABŞ məhsullarını boykot etməyə çağırırlar

ABŞ və Çin arasında ticarət müharibəsi ilə bağlı yaranan gərginlik, habelə “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounu həbsi Çində böyük etirazlara səbəb olub.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Pekində ABŞ-ın diplomatik nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının keçirilməsi gözlənilir.
“Global Times” saytının verdiyi xəbərə görə, Pekində Kanada səfirliyinin binasının mühafizəsi polis xüsusi təyinatlıları tərəfindən gücləndirilib. Analoji tədbirlər ABŞ səfirliyinin önündə də həyata keçirilib.
Çinlilər həmçinin ölkənin məşhur brendlərindən biri sayılan “Huawei”lə müxtəlif formalarda həmrəylik nümayiş etdirirlər.
Məsələn, ölkənin cənubunda, Şençjen şəhərində yerləşən və müxtəlif “ağıllı” qurğulaırn istehsalı ilə məşğul olan Menpad şirkəti bütün çiplərini “Huawei”dən alacağını və həmin şirkətin telefonunu almaq istəyən əməkdaşlarına 15%lik yardım göstərəcəklərini bəyan edib.
Şirkət əlində “Apple” mobil telefonu olan işçilərinə də həmin telefonun bazar qiyməti qədər cərimə tətbiq edəcəyini bildirib.
Çinin Sıçuan əyalətində yerləşən yüksək texnologiyalar istehsalçısı “Chengdu RYD” öz avadanlıqlarının hamısnı “Huawei”dən alacağını elan edib.
Çin sosial şəbəkələrində isə əsaəsn, “Apple”dən imtina olunması ilə bağlı çağırışlar sürətlə artır. Bu gedişatla “anti-Apple” tendensiyası milli hərəkata belə dönə bilər.
Rubrika.Az
Facebook-da paylaş













