Sergey Lavrov bu gün Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana gəlir.
Rubrika.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, nazir sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
İclasda Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.
Rubrika.Az
Facebook-da paylaş





