Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Rusiya Aralıq dənizinin Suriyaya aid hissəsinin yaxınlığındakı beynəlxalq sularda təlimə başlayıb.
Rubrika.Az Virtualaz.org-a istinadən bildirir ki, bununla əlaqədar olaraq təlim üçün nəzərdə tutulan su hövzəsi və hava məkanı mülki təyyarələr və gəmilər üçün qapadılıb. Bu vəziyyətin Moskva vaxtı ilə 18:00-a qədər davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda Aralıq dənizində Rusiyanın 10 gəmisi var. Bu gəmilər Suriyanın Tartus şəhərində yerləşir.
Rubrika.Az
Facebook-da paylaş














