Şaxta baba uşaq bağçasında öldü

Rusiyanın Kemerovo vilayətində Şaxta baba geyimində olan şəxs uşaq bağçasında tamaşa zamanı vəfat edib.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, əyləncə zamanı 67 yaşlı kişi sinəsində ağrılardan şikayət etməyə başlayıb.
Şaxta baba üçün təcili yardım çağırılsa da, həkimlər gələnədək o, həyatını itirib.
Rubrika.Az
Facebook-da paylaş







