Müxalifətin lideri ASALA tərəfdaşı ilə görüşdü

Türkiyənin ana müxalifət lideri Kamal Kılıcdaroğlu açıq-aşkar ASALA erməni terror təşkilatına dəstək verən erməni fəalla görüşüb.
Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu qalmaqallı görüş barədə dekabrın 17-də Türkiyənin “Güneş” və “Takvim” qəzetləri yazıblar.
Həmin qəzetlər yazırlar ki, Kamal Kılıçdaroğlu bundan əvvəl də dəfələrlə açıq-aşkar türk düşmənçiliyi mövqeyində dayananlarla, o cümlədən PKK-çılarla görüşüb. Belə ki, bir müddət əvvəl Almaniyada səfərdə olan Kamal Kılıçdaroğlu PKK/YPG terror təşkilatlarının alovlu müdafiəçilərindənolan Sevim Taşdelen və Hein Evrim Sommerlə görüşmüşdü. Həmin görüşdə Kılıçdaroğlu onlardan Türkiyədə qarşıdakı yerli seçkilərdə PKK-nın və kürdlərin CHP-yə dəstək verməsi məsələsini müzakirə edib. Qəzetlər yazır ki, ana müxalifət lideri həmin şəxslər üzərindən PKK ilə təmas qurub.
Almaniyadakı həmin görüşdən cəmi bir neçə gün keçmiş CHP lideri bu dəfə ASALA erməni terror təşkilatının tullantıları ilə bir araya gəlib. O, ötən əsrin 80-ci illərində Türkiyə diplomatlarını və mülki şəxsləri qətlə yetirən ASALA terrorçularını açıq-aşkar dəstəkləyən Natali Avazyan adlı erməni fəalla görüşüb.
Avazyan 1982-ci ildə Ankara Esenboğa hava limanına hücum edib 9 nəfərin ölümünə, 72 nəfərin yaralanmasına səbəb olan ASALA mənsubu 2 terrorçudan biri olan Levon Ekmekçiyanı sosial media hesabından yaydığı mesajla anmışdı. O, ASALA mənsubu terrorçunu “erməni inqilabçı” adlandırmışdı.
Kılıçdaroğlunun Avazyanla nə danışdığı hələ məlum deyil. Natali Avazyan sosial şəbəkələrdə fəaldır və özünün Twitter bloqunda müntəzəm olaraq FETÖ terror təşkilatına dəstək verir, hakimiyyəti tənqid edir. Habelə onun türkləri təhqir edən Barbaros Şansalla yaxın dost olduğu məlumdur.
Rubrika.az
Facebook-da paylaş














