Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini artırdı
![]()
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini artırıb. Rubrika.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə FES məlumat yayıb.
Məlumata görə, baza faiz dərəcəsi 0,25 faiz bəndi artırılıb - 2-2,25 faizdən 2,25-2,5 faizə qədər.
Qeyd edək ki, 2018-ci ildə baza faiz dərəcəsi martda, iyunda və sentyabrda artırılıb. 2017-ci ildə FES baza faiz dərəcəsini 3 dəfə artırıb, 2016 və 2015-ci illərdə isə 1 dəfə.
Rubrika.Az
Facebook-da paylaş














