PUTİN: Trampı bu mövzuda haqlı hesab edirəm
![]()
Vladimir Putin ilin yekunlarına dair keçirdiyi illik mətbuat konfransında ABŞ-ın Suriya qərarına münasibət bildirib.
Rubrika.Az Milli.Az-a istinadən xəbər verir ki, Putin XIV illik mətbuat konfransında Trampın qərarını alqışlayıb:
"Ümumiyyətlə, ABŞ prezidenti ilə eyni fikirdəyəm. Terrorçulara Suriyada çox böyük zərbələr vurduq. Terror təşkilatlarının Əfqanıstan və bənzər ölkələrə də sızması qaçılmazdır. Bu da Rusiya, ABŞ və Orta Asiya ölkələri üçün təhlükəlidir. Buna görə də Trampı bu mövzuda haqlı hesab edirəm.
Bunun hansı mənanı daşıdığını tam olaraq deyə bilmərəm. ABŞ 17 ildir Əfqanıstandadır".
Qeyd edək ki, ABŞ ordusunun Suriyaya yeridilməsindən 6 il sonra qoşunlarını oradan çıxartmaq barədə qərar qəbul edib.
Rubrika.Az
Facebook-da paylaş













