Erməni ekspert: “Ermənistan iqtisadiyyatı inersiya vəziyyətindədir”

Ermənistan iqtisadiyyatı inersiya (hərəkətsiz) vəziyyətindədir və belə şəraitdə hansısa ciddi dəyişiklikləri gözləmək mümkün deyil”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş iqtisadiyyat və investisiyalar naziri Arsvik Minasyan söyləyib.
Onun sözlərinə görə, indiki şərtlərdə sırf iqtisadi göstəricilərlə hərəkət etmək doğru deyil. “5-6% böyümə kimi rəqəmlər əslində formal xarakter daşıyır. Çünki Ermənistanın iqtisadiyyatla bağlı struktur yanaşma tərzi ilə əlaqədar daha dərin problemləri var”, - deyə keçmiş nazir bildirib.
Arsvik Minasyan Ermənistanda yüksək texnologiya məhsullarının ixracının sadəcə 3% civarında olduğunu bildirib. Orta texnoloji məhsullar isə 13%-dən yuxarı deyil. Halbuki inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 60% təşkil edir.
Daşnakçı keçmiş nazir yeni hökumətin yüksək texnologiyalar, kadr problemləri və maliyyə sahəsində olduqca zəif fəaliyyət göstərdiyini qeyd edib.
O, inqilabdan sonra “investisiya seli”nin gələcəyini söyləyənlərin yanıldığını vurğulayıb. “Ermənistanda nə qədər ki, korrupsiya ilə mübarizədə institusional yanaşma tərzi həyata keçirilməyəcək və buna müvafiq olaraq qanunverici islahatlar aparılmayacaq, nə orta, nə də kiçik biznes üçün ciddi bir şey gözləməyə dəyməz”, - deyə keçmiş nazir qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş











