QƏTLƏ YETİRİLƏN 17 YAŞLI TƏLƏBƏNİN görüntüləri yayıldı – FOTOLAR
![]()
Ötən gün Bakıda qətlə yetirilən 17 yaşlı tələbənin və onu öldürən dostunun görüntüləri yayılıb.
Rubrika.Az-ın A24.az-a istinadən əldə etdiyi məlumata görə, dekabrın 23-də axşam saatlarında Nərimanov rayonu, Atatürk prospektində baş verən hadisədə Murquzov Rauf İlqar oğlu 2001-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Rauf Murquzov saxlanılıb.
Hər iki şəxs tələbə olub. R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi olub.
Azərbaycan Texniki Universitetindən A24.az-a verilən məlumata görə, E.Xəlilov universitetin Nəqliyyat fakültəsinin birinci kurs tələbəsi olub.
Qeyd edək ki, hər iki tələbənin Ağstafa rayonundan olduğu bildirilir. Onların uşaqlıqdan dostluq münasibətlərinin olduğu qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
Elman Xəlilovun fotoları:![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş
















