Bakıda ev yanıb, 4 nəfər xəsarət alıb

Bakıda evdə yanğın olub.
FHN-dən “Report”a verilən məlumata görə, Sabunçu rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər xəsarət alıb.
Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Rubrika.Az
Facebook-da paylaş












