Bayram günü DƏHŞƏT: Qısqanc qardaş bacısını... - QƏTL

Cəlilabadda qətl törədilib.
Rubrika.Az-ın Open.az-a istinadən məlumatına görə, hadisə rayonun Üçtəpə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 26 yaşlı Hikmət Sadıqov qısqanclıq zəminində bacısı, 1987-ci il təvəllüdlü Arzu Cəfərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrə alan A. Cəfərova hadisə yerindəcə keçinib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rubrika.Az
Facebook-da paylaş








