Ukraynada türk tələbə qızları kim öldürüb?

Ukraynanın Xarkov şəhərində boğazları kəsilən Türk tələbələrlə bağlı yeni detallar ortaya çıxıb.
Rubrika.az Aznews.az-a istinadən xəbər verir ki, tibb fakültəsində oxuyan 22 yaşlı Buket Kim və 20 yaşlı Zeynep Hüsünbeyindən dostları 3 gün xəbər ala bilməyib.
Bunun ardından 19 yaşlı oğlan polisə zəng edərək dostlarından 3 gündür xəbər almadığını bildirib.
Polisin sözçüsü Olga Grabar məlumatın onlara saat 09:30 radələrində gəldiyini bildirib.
Polis izmirli qızların yaşadığı evə gələndə onları bıçaqlanmış və boğazları kəsilmiş halda tapıb.
Ukrayna mediasında çıxan xəbərlərə görə, tələbələrdən biri hadisədən öncə ailəsinə Türk vətəndaşı olan keçmiş sevgilisinin onu izlədiyini deyib.
Cəsədlərin tapıldığı kirayə evin sahibinin isə qurbanlardan birinin keçmiş sevgilisi olduğu iddiası irəli sürülüb.
Amma bir başqa iddia ev sahibinin ərəb olmasıdır. Abdel Taysir el Madaninin anası bir neçə həftə əvvəl eyni binadakı başqa bir mənzildə vəhşicəsinə öldürülüb.
Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini almağı düşünür.
Rubrika.az
Facebook-da paylaş













