Azərbaycanlı fəal azadlığa buraxıldı – Bir gün sonra isə…
![]()
Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məali azadlığa buraxıldıqdan bir gün sonra yenidən Sərabda saxlanılıb.
Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, İran kəşfiyyatı tərəfindən saxlanılan fəal barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.
Qeyd edək ki, Səhənd Məali bundan əvvəl dekabrın 31-də saxlanılmışdı.
O, İranda Güney Azərbaycan türklərinin milli haqları uğrunda fəaliyyətinə görə təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qalıb.
Rubrika.az
Facebook-da paylaş

















