Sumqayıtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
![]()
Sumqayıtda 4 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 4 avtomobildən pul, akkumulyator, maqnitofon və ətir oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abdul Məmmədov saxlanılıb.
Rubrika.Az
Facebook-da paylaş









