Qatarlar toqquşdu - 3 ölü, 200 yaralı

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada iki sərnişin qatarı toqquşub.
Rubrika.Az Trend-e istinaden məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 200 nəfər xəsarət alıb.
Xəsarət alanların vəziyyəti yüngüldən ağıradək qiymətləndirilir.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











