Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub
![]()
Gəncə şəhərində xəstəxanada yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Endokrinoloji Xəstəxanada hələlik bilinməyən səbəbdən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş













