Prezident AzTV-nin sədrini vəzifəsindən uzaqlaşdırdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.
Rubrika.Az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Onun vəzifələrinin icrası AzTV-nin efirində gedən “Günün nəbzi” və “Həftə” analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədova tapşırılıb.
Rubrika.Az
Facebook-da paylaş















