Ölkənin qızıl-gümüş bazarında bahalaşma var

Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Rubrika.Az Trend-e istinaden məlumatına görə, yanvarın 15-də qızılın qiyməti yanvarın 14-ü ilə müqayisədə 1,0455 manat artaraq 1 unsiya üçün 2195,0315 manat təşkil edib.
Gümüş 0,192 manat bahalaşaraq 1 unsiya üçün 26,6463 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 6,5535 manat azalaraq 1368,1175 manat, palladiumun qiyməti isə 21,0375 manat artaraq 2254,455 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Rubrika.Az
Facebook-da paylaş












