Adnan Oktarın cinayət işində yeniliklər: “Qaranlıq arxiv”dəki hansı sirrlər üzə çıxır?

Adnan Oktar cinayətkar dəstəsində etirafçıların artması nəticəsində yeni detallar üzə çıxıb.
Rubrika.Az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, kiber polisin əldə etdiyi “Qaranlıq arxiv”də agentlik fəaliyyətləti, cinsi istismar, çirkli pul yuyulması kimi cinayətlərlə bağlı iddiaları dəstəkləyəcək yüzlərlə dəlil aşkarlanıb. Hazırda polis Oktarın digital arxivini əldə edib. Arxivin 10 faizə yaxın hissəsi İstanbul siber polis tərəfindən çözülüb.
Peşmanlıq maddəsindən faydalanaraq və təşkilatla bağlı məlumatlar verərək, bir-birinin ardınca saxlandıqları həbsxanadan azadlığa buraxılan etirafçıların etirafları ilə birlikdə təşkilatın digital arxivi də üzə çıxıb.
Etirafçılar Ayça Pars, Fatih Doğan, Ece Koç, Serdar Dayanık və Murat Develioğlunun azadlığa çıxmasının ardınca təşkilat içərisindəki "İmam Bacılar" qrupunda yer alan eks “kediciklər” Beril Koncagül və Çağla Teker də etirafçı olub və həbs olunduqları Bursa türməsindən təxliyyə ediliblər.
Cinayətkar dəstədə illərlə şahid olduqları hadisələrdən danışan etirafçılar önəmli məlumatlar verəndən sonra türmədən çıxarılmışdılar. 11 iyul 2018-ci ildə təşkil edilən əməliyyat zamanı ələ keçirilən 3 min parça digital materiallar da yavaş-yavaş aydınlaşmağa başlayıb.
Digital arxiv İstanbul şəhər Polisi Kiber Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən təşkil edilən özəl bir heyət tərəfindən araşdırılır. Əldə edilən dəlillər öncə Maliyyə Cinayətləri Şöbəsinə, ardınca da prokurorluq orqanlarına göndərilir.
Rubrika.Az
Facebook-da paylaş













