Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı
![]()
Fransanın “Nant” klubundan “Kardiff”ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərindən uçarkən radarlardan itib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.
Lakin saat 20:00-da “PA 46 Malibu"”markalı özəl təyyarə ilə əlaqə kəsilib.
Axtarış-xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.
Rubrika.Az
Facebook-da paylaş















