Narkotacir "Bibi"yə hökm oxundu - 6 il

Narkotik satışı ilə məşğul olan qadın hakim qarşısına çıxarılıb.
Rubrika.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsas S.Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda göstərilir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində narkotik olan İmran İsgəndərov saxlanılıb. O, ifadəsində narkotiki "Kubinka"da yaşayan "Bibi"dən aldığını deyib. Növbəti əməliyyatda "Bibi"də saxlanılaraq həbs olunub. Onun isə narkotiki kimdən aldığı istintaqa bəlli olmayıb.
Sənibər Lütfəliyeva özünü təqsirli bildiyini deyib. Lakin "Bibi" ifadə verməkdən imtina edi. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
Bildirək ki, Daxili İşlər Nazirliyi Sənubər Lütfəliyevanın həbsi ilə bağlı məlumat yayıb.
Həmin məlumata əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Rubrika.az
Facebook-da paylaş















