Deputat: "Vəzifəli şəxslərlə bağlı parlamentə şikayətlər daxil olub"

Yanvarın 31-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, komitə sədri Eldar İbrahimov müzakirə olunan məsələlər barədə məlumat verib.
E.İbrahimov deyib ki, komitə 2018-ci ilin payız sessiyasında 11 iclas keçirib, bu iclaslarda 27 məsələ, o cümlədən, 15 qanun layihəsi müzakirə olunub.
Onun sözlərinə görə, ötən dövrdə komitəyə 29 vətəndaş tərəfindən ərizə, şikayət və müraciət daxil olub.
Onlardan 17-si isə tədbir görülməsi üçün aidiyyəti üzrə müvafiq təşkilatlara göndərilib:
“Həmin ərizələrin yeddisi kənd təsərrüfatı məsələləri və torpaq islahatı haqqında, digərləri isə sosial, işsizlik, səhiyyə, məhkəmə və vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərlə bağlı olub”.
Rubrika.Az
Facebook-da paylaş













